Şri-Lankada cümə namazı vaxtı məscidlərin mühafizəsinə minlərlə hərbçi cəlb edilib – SƏBƏB

26 Aprel, 2019, 20:25
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Şri-Lankada məscid və dini məbədlərin mühafizəsinə təxminən 10 minə yaxın hərbçi cəlb olunub.

Hökumət yeni terror aktlarından ehtiyatlanır.

Bu ərəfədə Şri-Lankanın İslam dini ilə bağlı işlər naziri Əbdül Halim Məhəmməd Haşim adada yaşayan müsəlmanları qanlı terror aktlarından sonra katolik icması ilə həmrəylik əlaməti olaraq cümə namazlarını məscidlərdə deyil, evlərdə qılmağa çağırıb.Kardinal Malkolm Rancit isə öz növbəsində keşişlərə sabitlik bərpa olunana qədər dini ayinləri keçirməməyi tövsiyə edib.

Xatırladaq ki, aprelin 21-də Pasxa bayramı zamanı Şri-Lankada silsilə partlayışlar törədilib. Kolombo, Neqombo və Battikaloa şəhərlərində yerləşən katolik kilsələrdə və otellərdə ümumilikdə 8 partlayış baş verib. Dəqiqləşdirilmiş məlumata görə, terror aktları nəticəsində 250-dən çox insan həlak olub. Bundan əvvəl terror qurbanlarının sayının 359 nəfər olduğu bildirilirdi.

Partlayışlarla əlaqə şübhəsi ilə saxlanılanların sayı 100 nəfəri ötüb. \\AZETRAC


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93