Robert Koçaryan əməliyyat olundu

9 Oktyabr, 2019, 9:48
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Ermənistanın sabiq prezidenti Robert Koçaryan əməliyyat olunub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə onun ofisinin rəhbəri Viktor Soqomonyan məlumat verib.

O, R. Koçaryanın səhhətinin yaxşı olduğunu bildirib.

V. Soqomonyan sabiq prezidentin nədən əməliyyat olunduğunu açıqlamayıb.

Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş aksiyanın dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində R. Koçaryana qarşı konstitusiya quruluşunun pozulmasına dair ittiham irəli sürüb. Bir gün sonra keçmiş prezident həbs olunub. Bu ilin mayında R. Koçaryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apelyasiya Məhkəməsi R. Koçaryanın həbsi ilə bağlı qərar qəbul edib. O həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham edilir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93