Salam, xoş gəlmisiniz.

Rövşən Rzayevdən Ağdama köçmək istəyən köçkünlərə MÜRACİƏT

2019-03-06 18:14:07

Rövşən Rzayevdən Ağdama köçmək istəyən köçkünlərə MÜRACİƏT

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev könüllü olaraq Ağdam rayonuna köçmək istəyən məcburi köçkünlərə müraciət edib.

Hurriyyet.org xəbər verir ki, komitə sədri "Report"a açıqlamasında könüllü olaraq Ağdama köçmək istəyən məcburi köçkünlərin həmin rayonda dövlət tərəfindən tikiləcək mənzillərdə yerləşdiriləcəyini deyib.

R.Rzayevin bu təklifinə Bakının Nərimanov rayonundakı yataqxanadaməskunlaşan Ağdamdan olan məcburi köçkün, 1992-ci il təvəllüdlü Ağamirzəyev Kəmaləddin Əbdülhüseyn oğlu yerindəcə münasibət bildirib və təklifi qəbul etdiyini söyləyib.

Komitə sədri həmin məcburi köçkünün ad-soyadını və əlaqə telefonunu qeyd edərək tezliklə onunla əlaqə saxlayacağını və onun Ağdam rayonunun işğal olunmamış ərazilərindən birində müasir standartlara uyğun şəkildə inşa olunacaq evlə təmin ediləcəyini bildirib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru