RÜFƏTİ AXCP-yə YAXINLAŞDIRAN SƏBƏB NƏ OLDU?!

31 İyul, 2020, 23:29
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 3 xal, ortalama: 5,00
Loading...

“Hakimiyyətin Rüfəti həbsə aldığı gündən indiyəcən sabiq müstəntiqə hücum və təhdidləri konteksində AXCP onu müdafiə etdi”

Bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu facebook səhifəsində paylaşıb:

İndinin özündə də bu işi hakimiyyət müvəffəqiyyətlə aparır. Keçmiş siyasi məhbusa və sabiq müstəntiqə təzyiqlər artdıqca ictimai rəydə onun yeri və əhəmiyyəti daha da güclənir. Normal siyasi ağlı olan bu işə getməz. Oğlum oduğuna görə demirəm, ictimai fikrin onunla bağlı rəyini bilmək istəyərsinizsə, hakim partiyanın adi bir sorğu keçirməsi kifayətdir. Bunların bütün işləri təəssüf ki, belədir. Hakimiyyətə bu cür xidmət göstərmirlər. Bu gün prezidentin cəmiyyətdə nüfuz və hörmətinə ən böyük ziyanı komandası vurur. Son on gün ərzində onun çıxışlarına diqqət yetirsəniz, vəziyyətin bizim söylədiyimiz tərzdə olduğu öz təsdiqini tapar. Nə isə!!!

Rüfətlə siyasi baxışlarımızın üst-üstə düşmədiyi haqda əvvəlki fikirlərimin
üzərində yenə də israrlıyam. O, səhvə yol verdi. Bu cür sərt dönüşünün təkcə özü üçün yox, bütövlükdə ailə üçün çətin problemlər yaradacağını təsəvvür edirdim.Yolundan geri durmadı. Onunla dəfələrlə apardığım söhbətlər, eyni zamanda, Heydər Əliyev siyasətinə dəyişməz münasibətim, etdiyi pisliklərə və haqsızlıqlara rəğmən və müxalifətin buna görə məni ağır sözlərlə ittiham etməsinə baxmayaraq, İlham Əliyevin hakimiyyətdən getməsini istəmədiyim haqda fikir və düşüncələrimi diqqətinə çatdırsam da səmərəsi olmadı. O, cəbhəçi deyildi. Onu cəbhəçilərə yaxınlaşdıran bu hakimiyyətin özü oldu. Şərləyib həbs etdilər. Bütün qapılar üzümüzə bağlandı.

Məhkəmə prosesindən tutmuş, bu günə qədər Rüfətə dəstək verən əsasən cəbhə oldu. O, heç bir zaman AXCP üzvü olmayıb. Mən isə vaxtı ilə cəbhənin sıralarında təmsil edilmiş və təşkilatın nəzarət-təftiş komissiyasının sədr müavini vəzifəsində siyasi fəaliyyətimi davam etdirmişəm. Hakimiyyətin Rüfəti həbsə aldığı gündən indiyəcən sabiq müstəntiqə hücum və təhdidləri konteksində AXCP onu müdafiə etdi. Hakimiyyət isə qərəzini yürüdərək Rüfətə qarşı kəskin, qanundankənar mövqeyini bir az da dərinləşdirdi. Bu qədər sadə və bəsit izah…

Seçimindən kənar durmağı, müxalif mövqenin onu qorxulu hədəflərə çəkəcəyini bir ata olaraq həmişə tövsiyyə etdim, o isə özünün dərk etdiyi həqiqətin arxasınca yürüdü. Eşitmədi məni. Rüfəti məşəqqətli mübarizə yolundan döndərə bilmədim. Nəticə artıq göz qabağındadır. Bu gün onu ölümlə hədələyirlər. Özü də açıq-aşkar!!! Oktay Gülalıyevin faciəli taleyini artıq 3-cü dəfədir ki, Rüfətə xatırladan YAP heç utandımı bu hədə-qorxusundan?!
Siyasətin atalar və oğullar arasında körpüləri sarsıdacaq fəsadlarına çox da sevinməyin, keçmiş silahdaşlar. Bunu ata-bala kimi bizim məğlubiyyətimiz yox, haqsızlıqların ailələrə bəxş etdiyi üzüntülü həyatın acı nəticələri kimi qəbul edin.

7 yaşından doğma yurdu İrəvan mahalından didərgin düşən və indi də pənah gətirdiyi Azərbaycanda ölümlə hədələnən Rüfətin həyatı üçün təhlükəli bəyanatlar və təhdidlərin YAP Gənclər Birliyinin adı ilə gündəmə çıxarılması və bu siyasi manipulasiyadan sonra təqib və sıxıntıların hansı mərkəzlərdən hərəkət edəcəyini görmək və hiss etmək çox da çətin deyil. Təəccüb doğuran, insanı heyrətə gətirən bir məqamı xüsusi vurğulamaq istərdim.

Həqiqətənmi, dövlətin qanunları bir siyasi qurumun maraqları çərçivəsinə alınıb və ya dövlətin əhəmiyyəti ondan aşağı hissəyə yerləşdirilib? Mən orada işlədiyim zamanlarda bu cür sərbəst hərəkətləri müşahidə etmədim. İndi partiyanın qarargahında artıq adamı ölümlə hədələyirlər. Ehtiyatlı olmaq gərək!!! Niyə, hansı ağlına görə o boyda partiyanın işini bir “alkaş”ın ümidinə buraxdılar. Təəccüblüdür, həm də çox ağlamalıdır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93