Ruhani İsraillə müqavilə imzalayan ərəb ölkələrini sərt tənqid elədi

12

Hurriyyet.org xəbər verir ki, Fələstinin işğalına rəğmən BƏƏ və Bəhreynin İsrail ilə razılaşma müqaviləsi bağlamasına İrandan sərt etiraz səsləndirilib. İran Prezidenti Həsən Ruhani deyib: “Bəzi ərəb ölkələri bölgədə İsrailə baza vermək istəyirlər, lakin nəticələrinə görə məsuliyyət daşıyacaqlar”.

Ruhani  paytaxt Tehran şəhərində Nazirlər Kabinetinin iclasındakı çıxışında BƏƏ ilə Bəhreyni çox sərt şəkildə tənqid edərək deyib: “Fələstinə qarşı törədilən cinayətlər günbəgün artdığı halda, bu ölkələr İsrailə necə əl uzada bilərlər? Onlara (İsrailə) bölgədə baza vermək istəyirlər. Belə olan halda təhlükəsizliyi təhlükəyə düşəcək ölkələr üçün məsuliyyət daşıyacaqlar. Təəssüf ki, müsəlman, dindar və islam tərəfdarı olan regiondakı bəzi dövlətlərin idarəçiləri nə dini, nə öz hüquqlarını, nə də Fələstin qarşısındakı borclarını bilirlər”.