Rusiya bölünür, Putinin hakimiyyəti təhlükədədir – Mütəxəssislərdən ŞOK PROQNOZ

19 May, 2020, 17:43
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Koronavirus pandemiyasının neftin qiymətindəki ucuzlaşma ilə kəsişməsi enerji ixracatçısı olan Rusiyanın iqtisadiyyatına böyük zərbə vurdu.

Bu sözləri “Anadolu” agentliyinə açıqlamasında Qədir Xas Universitetinin prorektoru Mitat Çelikpala deyib.

Professor bildirib ki, Kreml pandemiya dövründə Rusiyanı bütöv şəkildə deyil, rus etnik mənsubiyyəti önə çıxaran siyasəti izləyib. Bu isə federativ idarəetmələrlə qarşıdurmaları daha da alovlandıracaq.

Rəsmi Moskvanın Səudiyyə Ərəbistanı ilə yaşanan gərginlikdən dolayı uzun müddətdir ki, Rusiya iqtisadiyyatına mənfi təsir göstərdiyini xatırladan Çelikpala dünya ticarətinin 30%-ə qədər düşməsi ilə neft sənayesinin cüt zərbə yediyini qeyd edib. Onun sözlərinə görə, neftin qiyməti bu formada qalarsa, Rusiya iqtisadiyyatı 6-10% arasında kiçilə bilər.

Putinin durumu elitlər arasında rəqabəti müəyyən edəcək

Professor pandemiyaya görə daralan iqtisadiyyatın və yoluxma sayları ilə bağlı açıqlanan mübahisəli statistikaların dövlət başçısı Vladimir Putinə verilən dəstəyi azaltdığını, imicini zədələdiyini vurğulayıb: “Rusiya qapalı toplum və avtoritar dövlətdir. Buna görə də xalqın böyük rolu yoxdur. Qənaətimə görə, Putin bunu idarə edə bildiyi müddətdə hakimiyyətini davam etdirəcək. Rusiya daxili siyasətində pandemiyadan sonra ciddi dəyişiklik gözləmirəm. Amma içəridə narahatlıq artacaq. Təbii ki, bu durumda müxalifət də əlini daha çox qüvvətləndirəcək”.

/publika.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93