“Rusiya dəqiq bilməlidir ki, Avropa və NATO güclüdür” – Almaniyanın müdafiə naziri

0

NATO ölkələri Rusiyadan qaynaqlanan təhlükəyə yönəlik vahid mövqe müəyyən etməlidirlər. Bu barədə Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer «Atlantic Conncil» Amerika analitik mərkəzində bəyan edib.

Xanım nazir qeyd edib ki, «Rusiya dəqiq bilməlidir ki, Avropa və NATO güclüdür, öz fəaliyyətlərində ardıcıldır və Rusiya Federasiyasından qaynaqlanan təhlükələr üzərində ciddi işləmək istəyirlər».

«Biz, Rusiya rəhbərliyinin aqressiv siyasətini görürük, o cümlədən, Ukraynada və Krımda. Rusiya digər ölkələrin öz müqəddəratını təyin etmək hüquqlarına hörmət bəsləmir» – nazir bildirib və əlavə edib ki, buna baxmayaraq, «Rusiya mühüm həmkardır, mühüm qonşudur və orada gözəl insanlar var»./azpolitika/