RUSİYA DA ÜZ ÇEVİRDİ – Çin meydanda tək qalacaq?

18 May, 2020, 18:17
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, dünyada pandemiyaya çevrilmiş yeni tipli koronavirus xəstəliyinin yayılması ilə bağlı müstəqil hüquqi təhqiqat aparılması çağırışını dəstəkləyən 100-ə yaxın ölkənin sırasına Rusiya da qoşulub.

Avropa İttifaqı tərəfindən hazırlanan qanun layihəsinin Ümumdünya Səhiyyə Təşkilatının ən yüksək səviyyəli qərar orqanı olan Ümumdunya Səhiyyə Şurasının bu gün İsveçrənin Cenevrə şəhərində keçiriləcək illik iclasına təqdim ediləcəyi gözlənilir.

CNN televiziyası məsələni aktuallaşdıran ilk ölkə olan Avstriyanın çağırışı əsasında hazırlanan layihəni Pekinin ənənəvi müttəfiqi olan Moskvanın da dəstəkləməsinin kritik əhəmiyyət daşıdığını və bunun Çinin meydanda tək qalmasına səbəb ola biləcəyini vurğulayıb.

Çin salğının çıxış mənbəyi və yayılmasından sonrakı mövqeyinin təhqiq edilməsini tələb edən Avstriyanı “məsuliyyətsizlikdə” ittiham edib və bunun “epidemiya ilə mübarizə üçün əməkdaşlığı baltalayacağı” barəsində xəbərdarlıq edib.

Aparılacaq təhqiqatın epidemiyanın haradan başlandığı, Çinin xüsusilə ilk günlərdə xəstəliklə bağlı məlumatların nə qədərini paylaşdığı kimi məsələri aşkara çıxaracağı gözlənilir.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93