Rusiya hərbçisi Ermənistanda ÖLÜ TAPILDI

4 İyul, 2020, 22:57
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Rusiyanın Cənub Hərbi Dairəsinin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə Gümrüdə rusiyalı hərbi qulluqçusunun həlak olmasından sonra yoxlama aparıb.

Bu barədə Cənub Hərbi Dairəsinin nümayəndəsi RİA “Novosti”yə bildirib.

Məlumata görə, Rusiya hərbi qulluqçusunun meyitini Gümrüdəki evlərdən birində yerli asayiş keşikçiləri aşkar ediblər.

“Dairənin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə ölüm faktı üzrə təhqiqat aparır”, – agentliyə bildirilib.

KİV-in məlumatına görə, ölən şəxs Rusiyanın 20 yaşlı vətəndaşı, bu ölkənin 102 saylı Hərbi Bazasının hərbi qulluqçusudur. Onun meyiti yataq otağında tapılıb, yerdə həmçinin məktub aşkarlanıb. \\Report


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93