“Rusiya hərbi məktəblərində yetişən zabitlərlə Qarabağı ala bilməyəcəyik” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

21 May, 2020, 13:19
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

“Bu gün Rusiyanın hərbi məktəbələrində müəllimlər ermənilər və ermənilərə bağlı olan şəxslərdir, orada oxuyan hərbçilərin çoxu birmənalı olaraq Rusiya kəşfiyyatına bağlı olacaq”

“Azərbaycanın işğal olunmuş Şuşa şəhərində qondarma rejimin “and içmə” mərasimini təşkil etməsi Azərbaycana mesajdır. Bu şounu Xankəndində də keçirə bilərdilər. Şuşanın Azərbaycan üçün mədəni-mənəvi anlam kəsb etdiyi üçün bunu qəsdən edirlər”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Qondarma seçkidə qalib gələn Araik Artunyanın formal fiqur olduğunu qeyd edən politoloq bildirib ki, adıməkilən şəxs Rusiyaya bağlıdır: “Qeyd edim ki, postsovet məkanında bütün separatçı qrumların rəhbərləri Moskvaya bağlıdır və onlara təlimata əsasən dislokasiya olunmuş Rusiyanın hərbi hissələrində kəşfiyyat qurumu nəzarət edir, yaxud da bu ölkədə səfirliyi. Qarabağdakı separatçı qurum əsasən Rusiyanın “102-ci hərbi” bazası tərəfindən idarə olunur. Azərbaycan prezidenti İlham Əliyev ordunun maddi-texniki bazasını kifayət qədər gücləndirib. Ordunun döyüş qabiliyyəti və texniki imkanları kifayət qədər gücləndirilib. Bu əsasən tərəfdaş olduğumuz Türkiyə, İsrail və Pakistanla ciddi əməkdaşlığımızın bariz nümunəsədir. Ordumuzun güclənməsi heç də Rusiyadan aldığımız silahlar hesabına olmayıb”.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Ermənistanın işğal olunmuş ərazilərdə reallaşdırdığı hərbi infrastruktur layihələr, həmçinin müdafiə xəttini gücləndirməsi, yeni silahların buraya yerləşdirməsi, açıq şəkildə danışıqlarda hər hansı bir güzəştə getməyəcəklərini göstərir: “Bir məsələni bilməliyik ki, Ermənistan və onun himayədarı açıq şəkildə danışıqlarda manipulyasiya edir. Artıq 30 ildir ki, eyni ssenari davam edir. Bundan sonra da Ermənistan bu siyasəti davam etdirəcək. Yalnız geosiyasi şərtlər daxilində Türkiyə ilə birgə koordinasiyalı şəkildə çalışaraq hərbi təzyiqlərlə vəziyəti dəyişmək lazımdır. Azərbaycan ordusunun hərbi təlimləri və nümayiş etdirdiyi müasir silahlar Qarabağa yönəlməlidir. Xüsusi bir məsələni vurğulamaq lazımdır ki, Azərbaycan hərbi kursantlarını Rusiyanın hərbi məktəblərinə göndərmək milli təhlükəsizliyimiz üçün təhdiddir. Bu gün Rusiyanın hərbi məktəbələrində müəllimlər ermənilər və ermənilərə bağlı olan şəxslərdir. Rusiyanın hərbi məktəblərində oxuyan hərbçilərin çoxu birmənalı olaraq Rusiya kəşfiyyatına bağlı olacaqlar. Məhz Rusiya daim Azərbaycan kursantlarını Rusiyada oxumaq üçün təşviq edir və tələb edir. Rusiya hərbi məktəblərində yetişən zabitlərlə biz Qarabağı ala bilməyəcəyik. Əvvəlki illərdə Azərbaycan zabitləri və kursantları NATO məkətblərində və Türkiyədə təhsil alırdı. Hazırda bu demək olar ki, Rusiya hərbi məktəbləri ilə əvəz edilib. Buna son vermək lazımdır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93