Rusiya ilə Çin Suriyaya humanitar yardım qərarına VETO QOYDU

3

Hurriyyet.org xəbər verir ki, Rusiya ilə Çin Suriyada Suriyada 3 milyon nəfərə qədər insana beynəlxalq yardımların göndərilməsinə imkan verən mexanizmin yenilənməsi qərarına veto qoyub. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 2014-cü ildən bəri Suriyaya xaricdən yardımların edilməsinə şərait yaradan və 10 iyul tarixində müddəti başa çatmış mexanizmin yenilməsi məsələsini səsə qoyub.

Qanun layihəsi Almaniya və Belçika tərəfindən Şuraya təqdim edilmişdi.

Rusiya BMT TŞ-də Suriya ilə bağlı verilən qərarlarda artıq 15-ci dəfədir ki, veto hüququndan istifadə edir.

Mövcud BMT TŞ qərarına görə, Suriyaya təkcə Türkiyə vasitəsilə 2 sərhəd məntəqəsindən – Öncüpınar qarşısındakı Babüsselame və Cilvegözü qarşısındakı Babülhava məntəqələrindən beynəlxalq yardımlar edilə bilir.

Rusiya ilə Çinin vetosunun ardından mexanizmin müddəti 10 iyul tarixində bitdikdən sonra, başqa bir qərar verilməyəcəyi təqdirdə, adı çəkilən 2 sərhəd məntəqəsi yardım karvanlarına bağlı olacaqdır.

Səsvermədən sonra Rusiya Türkiyə vasitəsilə təkcə Cilvegözü sərhəd məntəqəsinin qarşısındakı Babülhavadan 6 ay boyunca BMT yardımları üçün istifadə edilməsini nəzərdə tutan və özünün tərtib elədiyi qanun layihəsini səsverməyə təqdim edəcəyini bildirib.

BMT Təhlükəsizlik Şurasında belə bir qanun layihəsinin qəbul edilməsi üçün 15 üzvdən ən azı 9-u lehinə səs verməsi və daimi üzvlər olan ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa dövlətlərinin heç birinin veto hüququndan istifadə eləməməsi lazımdır.

Suriyaya xaricdən yardımların edilməsi üçün BMT TŞ qərar verməlidir.

Suriyanın şimal-qərbində İdlibdə yaşayan 3 milyona yaxın insanın 70 faizinin humanitar yardıma ehtiyacı var.

Hurriyyet.org