Rusiya Liviyanın girov saxlanılan Sirte şəhərinin azad olunmasına niyə mane olur? – MOSKVANIN “QIRMIZI XƏTTİ”

0

Hurriyyet.org xəbər verir ki, Rusiyanın “qırmızı xətt” adlandırdığı, Liviyada yerləşən Sirte şəhəri gözlənildiyi qədər qısa müddət ərzində Həftər yaraqlılarından təmizlənməyib. İddialara görə, Rusiya Sirteni NATO-nu cənubdan mühasirəyə almaq planının bir hissəsi hesab edir.

Sirte Binqazi ilə paytaxt Tripolinin arasında yerləşir.

Sirtenin strateji əhəmiyyəti Cufra hərbi hava bazasından şimalda yerləşməsi və bu iki məntəqə arasında 300 kilometrlik açıq düzənlik bir sahənin olması ilə bağlıdır.

Rusiya Şimali Afrikada Cufranı daimi baza olaraq əlində saxlamaq istəyir və beləliklə Aralıq dənizinin cənubunda mühüm bir istinad nöqtəsi yaratmağa çalışır.

Rusiyanın Cufraya Vazner şirkətinin muzdlu hərbçiləri ilə yanaşı, 14 ədəd Miq-29 və Su-24 hərbi təyyarələri göndərməsinin səbəbi də budur.

ABŞ tərəfindən səsləndirilən iddialara görə, Rusiya Cufradan Suriyadakı Xmeymim bazası kimi faydalanmaq istəyir.

Rusiya Sirtenin Liviyanın Milli Barışıq Hökuməti tərəfindən ələ keçirilməyəcəyinə əmin olarsa, bir dəniz bazası qazanmış olacaqdır. Eyni zamanda qərb sərhədlərinə raket təhdidi olan NATO-nu cənubdan mühasirəyə almış olacaqdır.

Bu səbəbdən də Liviyanın baş nazirinin müavini Əhməd Muaytik Moskvaya səfər edərkən Rusiya rəsmiləri ona “Sirtenin qırmızı xətt olduğunu” bildiriblər.

Liviyanın sərvətlərindən istifadə edilməsi üçün Sirtenin alınması əsas şərtdir.

Liviyanın petrol ixracının 60 faizini tədarük edən “Petrol hilalı” bölgəsinə gələcək hər hansı bir hücuma qarşı “sərhəd zastavası” funksiyasını yerinə yetirməsi səbəbindən  qiyamçılar şəhəri əldən verməmək üçün əllərindən gələni edirlər.

Həmçinin, ölkəni iqtisadi və siyasi birliyinin təmin edilməsi üçün şəhər qiyamçılardan və onların havadarlarından azad edilməlidir.

Hurriyyet.org