“Rusiya qiyamçılara 8 hərbi təyyarə verib” – LİVİYADAN AÇIQLAMA

21 May, 2020, 13:51
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, Liviyanın daxili işlər naziri Fəthi Başağa Rusiyanın ölkədə qiyam qaldırmış general Həftərə ən azı 8 hərbi təyyarə göndərdiyini söyləyib.

“Blumberq” (Bloomberg) telekanalına müsahibə verən Başağa Rusiyanın Suriyadakı Hmeymim hərbi bazasından havaya qalxmış, Sovet istehsalı olan ən azı 6 ədəd Miq-29 və 2 ədəd Su-24 hərbi təyyarələrini ölkənin şərqindəki qeyri-qanuni silajlı qüvvələrin lideri çevrilişçi Xəlifə Həftərə göndərdiyini bildirib.

Rusiya Federasiyası bu ittihamla bağlı açıqlama verməyib.

Liviya ordusu son 24 saat ərzində (əsasən Türkiyə istehsalı olan) silahlı pilotsuz uçuş aparatları  və artilleriya  qüvvələrinin sayəsində qiyançı Həftər qüvvələrinin Rusiya istehsalı olan 5 ədəd Pantsir hava hücumundan müdafiə sistemini zərərsizləşdirib. Bir neçə gün bundan əvvəl isə strateji Vatiyyə bazasının qiyamçılardan geri alınması ölkədaxili müharibədə dönüş nöqtəsinə çevrilib.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93