Rusiya Ermənistana hansı “müstəsna silahı” verib? - ÖZÜ DƏ MÜQAYİSƏOLUNMAZ UCUZ QİYMƏTƏ...

  • 2019-09-10 13:43:30
  • |
  • Region /

Rusiya Ermənistana hansı “müstəsna silahı” verib? - ÖZÜ DƏ MÜQAYİSƏOLUNMAZ UCUZ QİYMƏTƏ...

Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan bu gün parlamentdə Rusiya ilə müttəfiqlik münasibətləri, Azərbaycana satılan Rusiya silahları və KTMT ilə bağlı deputatların suallarına cavab verib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Köçəryan Rusiyanın Azərbaycana silah satmasını qadağan edən heç bir vəziyyət olmadığını deyib.

“Tez-tez sual səslənir ki, bu nə müttəfiqlik münasibətləridir. Lakin digər tərəfdən biz Rusiyadan silahları çox aşağı qiymətə alırıq. Bundan əlavə biz elə silah almışıq ki, müstəsnadır”,-Köçəryan bildirib.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, KTMT üzvü silahları Rusiyadan daha aşağı qiymətə alır və bu güzəşt Ermənistana da tətbiq edilir. “Bizim aldığımız silahların qiyməti Rusiyanın üçüncü ölkələrə təklif etdiyi qiymətdən müqayisəedilməz dərəcədə aşağıdır”,-Köçəryan belə deyib. O əlavə edib ki, Ermənistanın Rusiya və Belarus silahlarının Azərbaycana satılmasını məhdudlaşdırmaq cəhdləri “ciddi manelələrə gətirib çıxara bilər”.

Köçəryanın hansı “müstəsna silahı” nəzərdə tutduğu haqda heç nə deyilmir, amma böyük ehtimalla o, Rusiyanın Ermənistana verdiyi “İsgəndər” operativ-taktiki raket komplekslərini nəzərdə tutur. Həmin raketləri Rusiya Ermənistandan başqa heç bir ölkəyə verməyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA