Rusiya hərbi attaşesi: “102-ci baza Naxçıvandakı təlimləri izləyir” – O CÜMLƏDƏN MOSKVA …

11 İyun, 2019, 13:16
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Rusiyanın Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasının komandanlığı Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini diqqətlə izləyir.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Yerevandakı səfirliyinin hərbi attaşesi Andrey Qrişşuk jurnalistlərə bildirib.

Qrişşuk deyib ki, Naxçıvanda keçirilən hərbi təlimlər “hazırda heç bir təhdid yaratmır” və Rusiya bu təlimləri diqqətlə izləməkdədir.

“Hazırda heç bir təhdid yaratmır. Bu, planlaşdırılmış təlimdir, əvvəlcədən bəyan edilmiş məqsədlər və vəzifələrlə keçirilir”-hərbi attaşe bildirib.

Qrişşuk əlavə edib ki, Naxçıvanda keçirilən təlimləri Rusiya tərəfi də, Ermənistanda dislokasiya edilmiş 102-ci baza da ayrı-ayrılıqda izləyir.

“Sarsılmaz qardaşlıq-2019” hərbi təlimlərinin döyüş mərhələsi iyunun 7-dən başlayıb, təlimlərə 5 minə qədər hərbçi, 200 vahiddən çox tank və digər zirehli döyüş texnikası, 180-ə qədər raket və artilleriya sistemləri, pilotsuz uçan aparatlar və digər müasir silah-texnika cəlb olunub. Təlimlər bu gün başa çatır. Naxçıvanda Azərbaycan-Türkiyə hərbi təlimlərinin keçirilməsi neçə gündür Ermənistan siyasi dairələrində də həyacan və təşvişlə izlənilir. Təlimləri izləmək üçün Türkiyənin müdafiə naziri Hulusi Akar da Naxçıvana gəlib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93