Salam, xoş gəlmisiniz.

Rusiya İdlibdə hava məkanını açmasa, Türkiyə quruda  döyüşəcək

2020-02-14 14:59:00

Rusiya İdlibdə hava məkanını açmasa, Türkiyə quruda  döyüşəcək

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğanın “Bu gündən etibarən əsgərlərimizə hücum olarsa, rejim qüvvələrini hər yerdə vuracağıq. Havada və quruda nə lazımdırsa, edəcəyik” açıqlamasından sonra Rusiyanın hava məkanına nəzarət elədiyi İdlibdə Türkiyənin hərbi baxımdan hansı yoldan istifadə edəcəyi məsələsi gündəmə gəlib. Rusiyanın hava məkanını açmayacağı təqdirdə, Türkiyənin quru alternativləri mövcuddur.

“Türkiyə Qəzeti”nin xəbərinə görə, İdlibin coğrafi baxımdan Türkiyəyə yaxın olmasının böyük üstünlük olduğunu bildirən müdafiə mütəxəssisləri, 20-120 km mənzilə, həssas zərbə endirmək qabiliyyətinə malik, “ROKETSAN” istehsalı olan Kaplan raketlərinin və digər raket növlərinin mövcud olduğunu diqqətə çatdırıblar.

Həmçinin, yüksək atəş sürətinə malik olan Fırtına, 8-25 km arasındakı hədəflərə 3 zərbəni 15 saniyə ərzində endirə bilr. Beləliklə, 3 ədəd artilleriya silahının atəş gücündən təkbaşına istifadə edir. Fırtınalar hərəkət halında ikən 30 saniyə ərzində atəşə hazır vəziyyətə gətirilə bilər.

İdlibdə müxaliflərin Suriya hökumətinin vertolyotunu vurmasını xatırladan mütəxəssislər Əsəd rejiminin də hava məkanından tam istifadə edə bilməməsini diqqətə çatdırır. Xüsusilə də Suriyadakı müxaliflərin ixtiyarında olan və çiyindən atıla bilən Manpads raket sisteminin vertolyotları və alçaqdan uçan təyyarələri rahatlıqla vura bildiyi deyilir.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93