Salam, xoş gəlmisiniz.

Rusiya ordusu Qazaxıstana ballistik raket atdı – FOTO

2020-01-14 11:12:00

Rusiya ordusu Qazaxıstana ballistik raket atdı – FOTO

Rusiya ordusunun atdığı “İsgəndər-M” ballistik raketi Qazaxıstanın Aqtöbe şəhərinə düşüb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, mərmi boş əraziyə düşdüyündən tələfat qeydə alınmayıb. Bildirilir ki, raket təlim zamanı Rusiyanın Həştərxan vilayətindəki kosmik bazadan atılıb. Lakin raket şərti hədəfə tuş gəlməyib. Hadisədən dərhal sonra Rusiyanın hərbi diplomatları qazaxıstanlı həmkarları ilə əlaqə quraraq vəziyyət barədə söhbət aparıblar.

Qazaxıstanın Müdafiə Nazirliyinin məlumatına görə, raketin düşdüyü ərazi mühasirəyə alınıb. Ölü və yaralılar yoxdur. Hadisə barədə araşdırma aparılır.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru