Rusiya polisinə Azərbaycanda istirahət etməyə icazə verilib

14 İyun, 2019, 12:01
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarına istirahət etmək üçün icazə verilən ölkələr arasında Azərbaycanın da adı var.

BBC xəbər verir ki, məlumatı Rusiya Turoperatorlar Assosiasiyası yayıb.

Bildirilib ki, 2014-cü ildən Rusiyanın polis və başqa güc strukturları əməkldaşlarının xaricdə istirahət etməsi faktiki qadağan olunub. Bu məqsədlə icazə verilən ölkələrin adları bir neçə dəfə dəyişdirilib. 2018-ci ildə 13 istiqamət müəyyənləşmişdi.

2019-cu ildə isə belə dövlətlərin siyahısına Azərbaycanın da adı daxil edilib. Siyahıda Azərbaycanın qonşularından Türkiyə və Ermənistanın adı olsa da, İran və Gürcüstan bu siyahıya düşməyib. Avropa İttifaqına üzv dövlətlərdən heç birinin adı da bu siyahıda əks olunmayıb./“Report”/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93