Salam, xoş gəlmisiniz.

Rusiya söyüşcül bloqeri Azərbaycana vermədi - SƏRBƏST BURAXDI

2019-09-10 17:00:59

Rusiya söyüşcül bloqeri Azərbaycana vermədi - SƏRBƏST BURAXDI

Rusiyanın Sankt-Peterburq məhkəməsi bu gün sentyabrın 10-da azərbaycanlı söyüşcül bloqer Elvin İsayevin barəsində qərar çıxarıb.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, qərara əsasən İsayevin barəsində Dzerjinsk rayon məhkəməsinin qərarı-Rusiyadan xaric edilmə və 5 min rubl cərimə ləğv edilib. İş yenidən baxılması üçün geri qaytarılıb, İsayev miqrantların müvəqqəti saxlanma mərkəzindən sərbəst buraxılıb.

Elvin İsayev sosial şəbəkələrdə Azərbaycanın vəzifəli şəxslərinin ünvanına söyüşlə zəngin çıxışlar edirdi və dövlət məmurlarına qarşı terrora çağırırdı. İki həftə əvvəl onun Rusiya pasportu ləğv edilərək barəsində deportasiya qərarı çıxarılmışdı. Əsas kimi İsayevin həm də Azərbaycan pasportu daşıdığı göstərilmişdi. Vəkil isə bu qərardan yuxarı instansiyaya şikayət verib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru