Salam, xoş gəlmisiniz.

Rusiya XİN MHP lideri Bahçelinin açıqlamalarına MÜNASİBƏT BİLDİRİB

2020-02-14 01:48:00

Rusiya XİN MHP lideri Bahçelinin açıqlamalarına MÜNASİBƏT BİLDİRİB

"Türkiyə Böyük Millət Məclisinin iclasında Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçəlinin açıqlamalarını çaşqınlıqla qəbul etdik". 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

"Devlet Bahçeli Suriya Ərəb Respublikasında türk hərbçilərin həlak olmasının məsuliyyətini Rusiya və Suriya hökumətinin üzərinə qoymağa cəhd edib, ölkə rəhbərliyini Rusiya-Türkiyə münasibətlərini köklü olaraq yenidən nəzərdən keçirməyə çağırıb. 

Hesab edirik ki, Suriyanın şimal-qərbindəki gərgin vəziyyət şəraitində təmkinli olmalı, eyni zamanda Suriya münaqişəsinin nizamlanması məsələsində ölkələrimizin konstruktiv dialoquna heç də kömək etməyən təxribatçı şərhlərdən çəkinmək lazımdır. Faciəvi hadisələrdən istifadə edərək daxili siyasi polemikada xal yığmağa cəhdləri yolverilməz hesab edirik. 

Astana formatı çərçivəsində rəsmi Ankara ilə sıx təmasdayıq, İdlibdəki vəziyyəti sabitləşdirmək məqsədi ilə 17 sentyabr 2018-ci il tarixli Soçi Memorandumunun hərtərəfli həyata keçirilməsinin tərəfdarıyıq", - deyə Rusiya XİN-in bəyanatında qeyd olunub. \\APA

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93