Rusiyada daha bir nazir koronavirusa yoluxdu

6 May, 2020, 16:18
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Rusiyanın mədəniyyət naziri Olqa Lyubimovaya koronavirus diaqnozu qoyulub.

“RİA Novosti” xəbər verir ki, bunu Nazirliyin mətbuat katibi Anna Usaçova deyib.

“Olqa Lyubimova distant işləyir. COVID-19 testinin sonucları pozitiv çıxıb. Nazir hazırda evdədir, videokonfrans rejimində işgüzar iclas keçirir, görüş və danışıqlarda onlayn formatda iştirak edir”, – A.Usaçova bildirib.

Onun sözlərinə görə, nazir xəstəliyi yüngül keçirir, ona görə də xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur.

Qeyd edək ki, daha öncə Rusiyanın baş naziri Mixail Mişustin və inşaat naziri Vladimir Yakuşevə koronavirus diaqnozu qoyulub.

Xatırladaq ki, Rusiyada qeydə alınmış yoluxma hallarının sayı 166 000-ə çatır. Onlardan 21 327 nəfər sağalsa da, ölənlərin sayı 1 537-dir./report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93