Rusiyada deputatlar üçün maska və əlcək məcburi oldu

9 May, 2020, 16:07
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Rusiya Dövlət Dumasının deputatları iclaslara tibbi maska və əlcəkdə gedəcəklər.

“RİA Novosti” xəbər verir ki, Duma Şurası mayın 8-də keçirilən son iclasda bu barədə qərar qəbul edib.

“Dövlət Dumasının iclaslarında deputatların maska və əlcəklə iştirak etmələrinə dair qərar verilib. Bundan əlavə, Dövlət Dumasının aparatına deputatları fərdi qoruyucu vasitələrlə təmin etmək tapşırılıb”.

Qeyd edək ki, aprelin sonlarında Kommunist Partiyasından olan iki deputat – Leonid Kalaşnikov və Dmitri Novikovun koronavirusa yoluxduğu məlum olub. Kalaşnikov artıq xəstəxanadan buraxılıb və daha iki həftə evdə müalicə alacaq, Novikov isə hələ xəstəxanadadır, onun vəziyyəti sabitdir./azvision.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93