Salam, xoş gəlmisiniz.

Rusiyada öldürülən azərbaycanlı tələbə Bakıya gətirilərək dəfn olundu

2017-11-27 18:38:08

Rusiyada öldürülən azərbaycanlı tələbə Bakıya gətirilərək dəfn olundu
Hurriyyet.org xəbər verir ki, Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev apa-nın Rusiya bürosuna bildirib ki, Permdəki Farmakoloji Akademiyanın tələbəsi Hüseyn Mustafayev noyabrın 26-da doğulduğu Bakıda şəhərində torpağa tapşırılıb.
Qeyd edək ki, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
H. Mustafayev xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, o, noyabrın 23-də xəstəxanada keçinib.
Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93