Salam, xoş gəlmisiniz.

Rusiyada 25 mərtəbəli bina karantinə alındı

2020-03-25 12:05:00

Rusiyada 25 mərtəbəli bina karantinə alındı

Hurriyyet.org xəbər verir ki, Rusiyada İspaniyadan gəlmiş 2 nəfərin yaşadığı 25 mərtəbəli bina karantin altına alınıb.

Mətbuatın verdiyi xəbərlərə görə, ABŞ-dan İspaniyaya, oradan da Rusiyanın Soçi şəhərinə qayıdan rus ailəsi burada xəstəxanaya gedib, qaydası üzrə testdən keçmək əvəzində Yekaterinburqa təyyarə bileti alıb. Ər-arvadın axtarışı zamanı onlarla əlaqədar 4 ünvanda yoxlama aparılıb, ailənin Yekaterinburqdakı 25 mərtəbəli binadakı evlərində olduğu aşkar edilib. Xüsusi geyimli şəxslər binaya daxil olaraq, onları testdən keçiriblər.

Lakin polis tərəfindən də bina ətrafında güclü təhlükəsizlik tədbirləri görülüb. 25 mərtəbəli bina təhlükəsizlik qüvvələri tərəfindən karantina alınıb, binaya tibb işçiləri təhkim edilib. Binada yaşayanların bayıra çıxmasına icazə verilmir.

495 nəfərin yeni tipli koronavirusa yoluxduğu Rusiyada son sutka ərzində 57 nəfər yeni xəstə qeydə alınıb.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93