Salam, xoş gəlmisiniz.

Rusiyada gələn həftə iş olmayacaq - Putin xalqa müraciət etdi

2020-03-25 18:17:00

Rusiyada gələn həftə iş olmayacaq - Putin xalqa müraciət etdi

Rusiya Prezidenti Vladimir Putin koronavirus təhlükəsi ilə bağlı xalqa müraciət edib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Rusiya Prezidenti koronavirus epidemiyasının yayılmasına görə gələn həftəni qeyri-iş həftəsi elan edib. Dövlət başçısı gələn həftə qeyri-iş həftəsi olmasına baxmayaraq insanların məvaciblərinin saxlanılacağını söyləyib.

V. Putin ölkə əhalisini diqqətli olmağa, həkimlərin və hökumətin tövsiyələrinə əməl etməyə çağırıb: “Bizimlə sərhəd olan ölkələrdə koronavirus epidemiyası yayılıb. Ona görə də, insanlarımız diqqətli olmalıdırlar. Hökumətin göstərişlərinə ciddi riayət etməlidirlər. Bütün bu göstərişlər sizin sağlamlığınız üçündür. Üzümüzə gələn həftəni qeyri iş həftəsi elan edirik. Sizi evdə qalmağa çağırıq".

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93