Rusiyada sonuclanan Liviya məsələsi – Hafter ilə Sarac Moskvada barışacaqlar

13 Yanvar, 2020, 13:08
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hurriyyet.org xəbər verir ki, bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Liviyada atəşkəs rejiminin tətbiq edilməsi ilə bağlı rəsmi razılaşma imzalanacaq. Bunun üçün Rusiyada tərəflərin liderləri – Liviya Milli Ordusunun başçısı Xəlifə Hafter ilə Milli Barışıq Hökumətinin rəhbəri Fayiz Sarac görüşəcəklər.

Liviya Ali Dövlət Şurasında qeyd edilib ki, Moskvada bu razılaşmanın imzalanması Liviyada yeni müharibənin başlanması təhlükəsinin dayandırılmasına və mövcud ikihakimiyyətlilik böhranının siyasi-diplomatik həlli prosesinin başlanmasına imkan yaradacaq.

General Hafter artıq Moskvadadır, Türkiyədə danışıqlarını başa çatdıran Sarac isə yoldadır.

Hafterlə birlikdə Rusiyaya ölkənin şərq hissəsində fəaliyyət göstərən parlamentin spikeri Ail Saleh də gəlib. Saracı Ali Şuranın başçısı Xalid Mişrinin müşayiət edəcəyi gözlənilir.

Xatırladaq ki, Liviyada bazar günü axşamdan başlanan atəşkəs rejiminin təşəbbüskarı Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla Rusiya prezidenti Vladimir Putindir.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93