Salam, xoş gəlmisiniz.

Rusiyada yaşı 65-i keçən şəxslərin və xroniki xəstələrin küçələrə çıxması yasaqlandı

2020-03-23 17:43:00

Rusiyada yaşı 65-i keçən şəxslərin və xroniki xəstələrin küçələrə çıxması yasaqlandı

Hurriyyet.org xəbər verir ki, Rusiyada Kovid-19 virusuna yoluxanların sayı 438 nəfərə çatıb, 65 yaşından yuxarı olanların və xroniki xəstələrin isə küçəyə çıxması qadağan edilib.

Rusiyanın baş naziri Mixail Mişustin köməkçiləri ilə birlikdə keçirdiyi iclasdakı çıxışında deyib: “Rusiyada koronavirusla bağlı vəziyyət digər ölkələrdəki qədər ağır deyil. Görülən tədbirlər zaman qazanmağımızı təmin elədi”.

Baş nazir 17 nəfərin xəstəlikdən sağaldığını da söyləyib.

Yoluxma hallarının sayının artmasından sonra Moskvada yaşı 65-i keçənlərin və xroniki xəstələrin küçələrə çıxması qadağan edilib. Moskva bələdiyyəsi qadağanın 26 mart-14 aprel tarixlərinə qədər qüvvədə olduğunu bildirib.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93