Rusiyadan şok həmlə: O ölkəyə xüsusi təyinatlıları göndərdi

29 İyun, 2020, 22:59
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Qiyamçı Liviya Milli Ordusunun komandanı, general Xəlifə Haftar və müttəfiqlərinin savaş planı deşifrə olub.

Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Mənbə xarici muzdurları daşıyan yük maşınlarının və hərbi texnikaların Əcdəbiyyə şəhərinə gəldiklərini iddia edib. Məlumatda, eyni zamanda Haftar ordusunun nəzarətində olan Binqazi və Sirtə arasındakı ərazilərə də xarici qüvvələrin yerləşdirildiyi bildirilib.

“Əl-Cəzirə” xarici qüvvələr arasında Sudan və Çaddan gələn 3 mindən çox muzdurla yanaşı, Rusiyanın “Vaqner” qrupunun üzvlərinin olduğunu iddia edib.

ABŞ mediası isə Rusiyanın Şimali Afrikadakı qırıcılarını Liviyanın Əl-Cufra və Əl-Qədim şəhərlərinə göndərməsi haqda məlumat yayıb. Bölgədəki bazalara yerləşdirilən texnikalar arasında “Su-24”, “MiG-29” və “Su-35” qırıcıları var. Rusiyanın ümumilikdə Haftara dəstək məqsədilə bölgəyə 14 döyüş təyyarəsi göndərdiyi açıqlanıb. \\Teleqraf


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93