Rusiyadan Türkiyə üçün mühüm viza qərarı

29 İyun, 2020, 12:18
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, Rusiya arasında Türkiyənin də olduğu 113 ölkənin vətəndaşlarına elektron viza almaq imkanı təmin ediləcəyini bildirib. Proqramın 2021-ci ilin yanvarından etibarən tətbiq ediləcəyi gözlənilir.

Açıqlamanı Rusiyanın xarici işlər nazirinin müavini Yevgeni İvanov verib.

Sadəcə turist səfərlərinə aid olacaq (16 günlük müddətə verilməsi nəzərdə tutulur) bu sadələşdirmə viza almaq prosedurasını xeyli asanlaşdıracaq.

Təqribən 50 dollara başa gələcək elekton vizanı Rusiya XİN-in rəsmi səhifəsinə müraciət edərək almaq mümkün olacaq.

İvanov deyib: “Elektron vizadan Rusiya Federasiyası hökumətinin təsdiqlədiyi siyahıdakı ölkələrin vətəndaşları istifadə edə biləcəklər. Siyahıda 52 ölkə, o cümlədən, Avropa İttifaqı üzvləri, Çin, Yaponiya, Hindistan, Türkiyə və digərləri var. Eyni zamanda qeyd eləmək lazımdır ki, beynəlxalq müqavilələrə əsasən, hazırda 60 xarici ölkənin vətəndaşları Rusiyaya vizasız səyahət edə bilirlər”.

Rusiyanın elektron viza proqramına ABŞ, İngiltərə və Kanada vətəndaşları daxil edilməyib.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93