RUSİYADAN DOLLARA SON ZƏRBƏ! – 2020-ci ildən tətbiq ediləcək

13 Sentyabr, 2019, 10:13
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hurriyyet.org xəbər verir ki, Rusiyanın maliyyə naziri Anton Siluanov çıxışında belə deyib: “2020-ci ildə dollar olmayan pul vahidləriylə, çox ehtimal ki, avro və ya yuan ilə borc alacağıq”.

Rusiyanın baş nazirinin müavini və maliyyə naziri Anton Siluanov paytaxt Moskva şəhərində jurnalistlərə açıqlamasında 2020-ci ildə ABŞ dolları vasitəsi ilə xarici borlar almamağı planlaşdırdıqlarını bəyan edib.

Rusiya Mərkəzi Bankının məlumatına görə, ölkənin beynəlxalq ehtiyatlarında dolların payı ötən il 2017-ci illə müqayisədə 23,1 faiz azalaraq 22,7 faizə bərabər olub. Avronun payı 10 faiz artaraq 31,7 faizə, yuanın payı isə 11,4 faiz artaraq 14,2 faizə bərabər olub.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Qreşkin də Maliyyə Nazirliyi və Mərkəzi Bankı ilə birlikdə ölkə iqtisadiyyatının “dollarsızlaşdırılması” üçün müxtəlif addımlar atılacağını bildirmişdi.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93