Rusiyalı ekspert: “Ermənistan Türkiyəni, ardından da KTMT-ni münqaişəyə cəlb eləməyə çalışır”

10

Hurriyyet.org xəbər verir ki, Rusiyada dərc edilən “Bülleten AİHM” rəsmi elmi analitik jurnalının baş redaktoru Yuri Berestnev Ermənistanın  Türkiyəyə qarşı iddia ilə Avropa İnsan Hüquqları Məhkəməsinə  müraciət eləməsinin arxasında İrəvanın Ankaranı və bundan sonra da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb eləmək niyyətinin olduğunu bildirib.

Berestnev “RİA Novosti” portalına müsahibəsində deyib: “Ermənistan Avropa Məhkəməsinə müraciət eləməklə Türkiyəni münaqişənin tərəfi etmək istəyir. Təbii ki, bu da KTMT-nin işə qarışmasına imkan yaradacaq”.