Rusiyalı hərbi ekspert: “İki-üç həftədən sonra Ermənistanın hərbi resursları tükənəcək”

23

Hurriyyet.org xəbər verir ki, Rusiyada dərc edilən “Naçionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətlə bağlı “Vestnik Kavkaza” nəşrinin müxbirinə müsahibəsində Ermənistanın Azərbaycanla müharibə eləmək üçün sahib olduğu resursların, o cümlədən, silah-sursat və yanacağın bundan sonra cəmi 2-3 həftə ərzində aktiv döyüş əməliyyatlarına çatacağını bildirib. Onun sözlərinə görə, xaricdən dəstək olmazsa, 2-3 həftədən sonra İrəvanın döyüşmək üçün respursu qalmayacaqdır.

İqor Korotoçenko deyib: “Burada hər şey Azərbaycanın Silahlı Qüvvələrinin hərbi əməliyyatları savadlı şəkildə planlaşdırmasından asılıdır. İndi seçilmiş taktikaya görə, hərbçilərin həyatını qorumaqla tədricən irəliləyiş gedir, yüksək dəqiqlikli silahlardan istifadə edilir. Azərbaycanın rəsmi vəzifəli şəxslərinin verdiyi məlumatlardan görürük ki, bu taktika müsbət nəticələr verir”.

Korotoçenko Ermənistanın dinc əhaliyə hücumlarından danışarkən deyib: “Bu, hərbi cinayətdir. Buna görə, həm Beynəlxalq Məhkəmə, həm də Beynəlxalq Haaqa Tribunalına görə məsuliyyət daşınması nəzərdə tutulur. Müharibə qanunlarını tənzimləyən Cenevrə Konvensiyasına görə,  şəhərlər və mülki vətəndaşlar toxunulmazdırlar. Ona görə də, Ermənistanın addımları beynəlxalq hüququn çərçivələrini pozur və cinayət hesab edilir”.