Salam, xoş gəlmisiniz.

Rusiyaya məxsus qırıcı təyyarə Qara dənizə düşdü

2020-03-26 10:44:00

Rusiyaya məxsus qırıcı təyyarə Qara dənizə düşdü

Rusiyaya məxsus “Su-27” qırıcı təyyarəsi Qara dəniz üzərində radarlardan itib.

Bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, martın 25-də yerli vaxtla saat 20:10 radələrində planlaşdırılmış uçuşlar həyata keçirən “Su-27” qırıcı təyyarəsi Feodosiyadan 50 kilometr məsafədə, Qara dəniz üzərində radarlardan itib.

İlkin məlumatlara görə, təyyarə dənizə düşüb. Pilotun axtarışına və xilas edilməsinə Cənub Hərbi Dairəsinin axtarış və xilasetmə xidmətinin qüvvə və vasitələri, o cümlədən “An-26” təyyarəsi və “Mi-8” helikopteri cəlb olunub.

Əməliyyat bölgəsində hökm sürən əlverişsiz hava şəraiti axtarış işlərini çətinləşdirir./Azərtac/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93