Səhər yeməyini mütləq yeyin – FAYDALARI

1 Avqust, 2020, 20:02
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Mütəxəssislər səhər yeməyinin insan sağlamlığı üçün vacib olduğunu vurğulayırlar. Bəs səhər yeməyinin sağlamlığa faydaları hansılardır?

Hurriyyet.org bildirir ki, səhər yeməyi gün ərzində insan orqanizminin enerji balansını qoruyur, əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur. Çünki insan ac qaldıqda qanda şəkərin səviyyəsi enir və bu da əsəbilik yaradır.
Səhər yeməyindən imtina artıq çəkinin yaranmasına kömək edir. Belə ki, insan yatanda maddələr mübadiləsi də yatır və səhər yeməyini yeməyənədək oyanmır. Bu səbəbdən də səhər yeməyindən imtina etdikdə orqanizm naharadək daha az kalori yandırır. Bundan başqa, aclıq zamanı orqanizmin müdafiə reaksiyası işə düşür və bədən ehtiyatda saxlamaq üçün daha çox kalori qəbul etməyə çalışır. Üstəlik, səhər yeməyi yeməyən şəxs nahar zamanı lazım olandan daha çox yeyəcək ki, bu da bədən çəkisinə mənfi təsir edəcək.
Mütəxəssislər hesab edir ki, yaxşı səhər yeməyi iş qabiliyyətini təxminən 30 faiz artırır, diqqəti və yaddaşı yaxşılaşdırır.
Araşdırmalar səhər yeməyinin infarkt və ürək xəstəlikləri riskini azaltdığını ortaya qoyub. Belə ki, səhər yeməyindən imtina qan təzyiqinin və qandakı şəkərin səviyyəsini pozur, bu isə infarkt riskini artırır. (publika.az)

Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93