Şəhid anası Birinci vitse-prezidentə MÜRACİƏT ETDİ

22 Aprel, 2020, 11:10
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 1,00
Loading...

“Şəhidlər üçün 11 min manat birdəfəlik ödəniş bizim ailəyə verilmədi”

Əksər şəhid ailələrinə 11 min manat birdəfəlik müavinət verilsə də, amma bu gün də bu müavinəti almağa haqqı çatan ailələr var ki, hələ də almayıb. Elə Ucar rayonu Boyat kənd sakini şəhid anası Əliyeva Tənzilə Saməddin qızının Hurriyyet.org-a göndərdiyi Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlan müraciəti də bununla əlaqədardır.

 Müraciətdə deyilir:

“Hörmətli Mehriban xanım, mənim oğlum Əliyev Famil Fərman oğlu Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Oğlum şəhid olduğu üçün hər ay 300 manat təqaüd alırıq. Ailəmiz 4 nəfəri azyaşlı olmaqla, 12 nəfərdən ibarətdir. Həyat yoldaşım, iki qızım, İki oğlum, onların həyat yoldaşları hərəsinin iki uşağından ibarətdir. Ailəmizdə heç kəs işləmir, 12 nəfərlik ailə şəhidə görə verilən 300 manat müavinətlə dolanır. Buna isə yaşamaq demək mümkün deyil. Həyat yoldaşım Əliyev Fərman Nəriman oğlu parkinson xəstəliyindən əziyyət çəkir. Şəhidə görə, aldığımız 300 manat xəstənin dərmanlarına və müalicəsinə gedir. Şəhidlər üçün 11 min manat birdəfəlik ödəniş bizim ailəyə verilmədi. İndi çıxılmaz vəziyyətdə qalmışıq. Mal-qaranı satıb həyat yoldaşımın iynə dərmanına, yaşamağımız üçün ərzağa vermişik. 12 nəfərlik ailə, bir nəfər də ağır xəstə 300 manatla necə dolanmaq olar?”

“Mehriban xanım, Sizdən çox-çox xahiş edirəm nümayəndə göndərin”

“Torpağımız şoran və su olmadığı üçün əkə bilmirik. Bizim yaşayışımızı gözləri ilə görən şəxs dəhşətə gələr. Mehriban xanım, Sizdən çox-çox xahiş edirəm nümayəndə göndərin, gəlib şəhid ailəsinin yaşayışını gözləri ilə görsün. Sizdən xahiş edirəm, 11 min manat birdəfəlik müavinətin bizə verilməsinə və xəstə həyat yoldaşımın müalicə olunmasına köməklik göstərəsiniz”,-deyə şəhid anası yazır.

Şamo EMİN

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93