“Şəhidlərimizin ruhuna göstərdikləri böyük ehtirama görə xalqımıza minnətdarıq” – DİN

14 İyul, 2020, 23:55
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Ermənistanın silahlı qüvvələrinin cari il iyul ayının 12-dən başlayan təxribatı nəticəsində dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycanın qəhrəmancasına həlak olmuş hərbi qulluqçularının ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, şəhidlərimizin ruhuna göstərdikləri böyük ehtirama görə xalqımıza minnətdarlığımızı bildiririk”.

Hurriyyet.org xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyinin (DİN) vətəndaşlara müraciətində yer alıb.

Müraciətdə daha sonra deyilir:

“Eyni zamanda, vətəndaşlarımızı bütün dünyada qlobal problemə çevrilmiş daha bir düşmənin – koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamağa, yoluxma riskini dəfələrlə artıran toplaşmalardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə çağırırıq.

İnanırıq ki, bu müraciəti anlayışla qarşılayaraq xüsusi karantin rejiminin tələblərinə əməl edəcək, özünüzün və yaxınlarınızın sağlamlığının qayğısına qalacaqsınız”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93