“Səməd Seyidovun arqumentini  eşidən ermənilər heç geri çəkilərmi?” – NEMƏT ƏLİYEV

27 May, 2020, 13:42
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Bu adamın  bu cür danışmağı bütöv milləti ələ salmaq, onun heysiyyatı ilə oynamaqdır”

“28 illik şans və imkanları su aşağı axıtdıqdan sonra  Səməd Seyidov Qarabağ  məsələsinin həlli üçün daha 300 il dözmək lazım olduğunu  bildirib. “Əlinizi üzün!”, “Qarabağın adını tutmayın!” desəydi, bundan yaxşıydı”. Hurriyyet.org xəbər verir ki, bunu iqtisadçı Nemət Əliyev deyib.

N. Əliyevin sözlərinə görə, Qarabağda ermənilərin möhkəmlənməsini  təmin edən  “Xudafərin” xəyanətinə əl qaldırıb səs verəndən sonra da  bu adamın  bu cür danışmağı bütöv milləti ələ salmaq, onun heysiyyatı ilə oynamaqdır: “Deputat mandatı gəzdirən Səməd Seyidovun “ermənilər 300-400 il işləyib” arqumentini  eşidən ermənilər möhkəmləndikləri  mövqelərdən geri durmaq haqqında düşünərmi, heç geri çəkilərmi?”

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93