Şəmkirdə avtomobil qaçıran şəxs saxlanıldı – FOTO

28 May, 2020, 11:59
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Mayın 26-da axşam saatlarında Şəmkir rayon Keçili kənd sakini Pərvin Quliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, həmkəndilisi Sənan Məmədlinin onun başına taxta parçası ilə vuraraq “Daweoo Nexia” markalı avtomobilini qaçırdığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, dərhal Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində S. Məmmədli qaçırdığı avtomobil ilə rayon ərazisində saxlanılaraq RPŞ-yə gətirilib. Saxlanılan şəxs ifadəsində hadisəni içkili halda törətdiyini, avtomobili qaçırmaq fikrinin olmadığını bilidirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sərxoş halda avtomobil qaçıran şəxs saxlanıldı - Foto


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93