Şər dahisi Vladimir Putin

9

Və yaxud Avropa niyə ruslardan qorxur?

Putin dərəcədə hiyləgər bir qəddardır ki, hətta Vladimir Lenin və İosif Stalin belə, onun əlinə su tökməyə də layiq deyillər

(Siyasi şərhçilər üçün nümunə)

Belə bir pritça təsvir edək: Bir evdə AĞILLI VƏ AXMAQ yaşayır. Ya qardaş, ya da mehriban dostdurlar. Uzun illər birgəyaşayışın nəticəsində ağıllının hərəkət və davaranışlarında istyər-istəməz axmaqlıqlara, axmağın davranışında da arabir ağıl elementlərinə rast gəlmək olar.

Rusiya əhalisi yüzlərlə millətlərin qarışığından ibarətdir. Artıq genetik cəhətdən təmiz rusa rast gəlmək mümkün deyildir. Min illik tarixə baxmayaraq, yeni bir millət də formalaşmayıb. Hamı bir-birinin müsbət və mənfi xüsusiyyətlərinin sintezindən ibarətdir. Bu çoxəsrlik tarix meydana heç də müsbət elementlərin təkamülünü yaratmayıb.

ABŞ-da da dünyanın hər yerindən gəlmələr var. Lakin orda əvvələn böyük çoxluq anqlo-sakslara məxsusdur. Rusiyada isə əsasən bəsit və ibtidai xammal sayıla bilən türkdilli xalqların çoxluğundan ibarətdir. Orda qorxu nə olduğunu bilməyən məşhur pirat (dəniz qulduru) Morqan kimi qabağından yeməyənlərin nəsli, burda isə Yermakın qalib gəldiyi Kuçumların nəsilləri formalaşıb.

Rusiya nə qədər iddia etsə də sivilizasiya, elm, ədəbiyyat və sənət sahəsində də heç bir orijinal və parlaq nümunələr yaratmayıb. Əlbəttə, yəhudi əsilli bir neçə bəstəkarın dahiyanə mahnı və romanslarını nəzərə almasaq.

Bütün deyimlərə, xüsusən bizdə mövcud olan pərəstişlərə baxmayaraq, mən Dostoyevski və Lev Tolstoyu belə, heç cür oxuya bilmirəm(Tolstoyun parlaq “Hacı Murad” povestini nəzərə almasaq). Başdan-ayağa dayaz, darıxdırıcı və hətta mənasız təsvirlərdən ibarətdirlər. Ay psixologizm belə gəldi, ay hərtərəfli təsvir belə getdi,  “Hərb və sülh” romanı başdan ayağa uydurma və saxta mahiyyət daşıyır. Napoleonun təsviri isə demək olar ki, yazıçıya yaraşmayan bir üslubdadır.  Rusiyanın ağır məğlub olmasına, paytaxtının belə işğal edilməsinə baxmayaraq Tolstoy rus xalqının cəngavərliyindən və qəhrəmanlığından bəhs edir: “Rus xalqının zəhmli yumruğu yüksəldi”.  Bu hansı zəhmli yumruqdur, bilmək olmur. Bu kişi sənə qalib gələrək paytaxtını alıb və neçə ay da burda yaşayıb. Sən isə qaçıb ucsuz-bucaqsız meşələrdə gizlənərək, haçan çıxıb gedəcəyini gözləmisən. Və çıxıb gedəndə də soyuqdan əldən düşən əsgərləri kol dibindən atəşə tutmaqla məşhur olmusan. Necə ki, qəhrəman Hitler beş-altı aya milyonlarla ruisyalını məhv edib və ya əsir alaraq minlərlə tank, top və təyyarələrini qənimət götürərək Moskvaya qədər gəlib çıxdığı və burada şəhəri topa təşləriylə xaraba qoymaq əvəzinə, dayanıb neyləyəcəyini fikirləşəndə general ŞAXTA  öz işini görür. Çox az adam bilir ki, həmin gecə (1941-ci ilin dekabrında) Moskva ətrafında bütün Rusiya tarixində ən sərt şaxtanın düşməsi nəticəsində (-46 dərəcə) almanların bütün əsgər və zabitləri soyuqdan donub və ruslar gəlib bu donmuşları odun kimi maşınlara yığaraq aparıb xəndəklərə töküblər. Və bununla belə, hələ qələbədən çox uzaq idilər.

Əgər Stalinin ətrafındakı rus zabitlərinə “ərə gedən” Ruzvelt və gah nala, gah mıxa vuran Çörçill  arxadan Almaniyanın üstünə düşməsəydilər, Rusiya çətin ki, özünə gələ biləydi.  1943-cü ilin fevralında Stalinqradda  feldmarşal Paulis yağ içində olan yüzlərlə tank və təyyarə ilə birlikdə bütün alman diviziyalarını Stalinə hədiyyə etməsəydi, çətin ki Ruisya bu fəlakətli müharibədən əldən düşmüş olsa da, qalib çıxa biləydi.

Mən vaxtilə  “Rusların bütün müharibələri” adlı silsilə yazılar yazdırmışam. Axıra çatdırmasam da, orda son beş-altı yüz il ərzində Rusiyanın bütün müharibələrdə məğlub olduğunu təsvir etmişəm.

Rusiya bax budur. Bəs rus tarixinin ən hiyləgər, ən qəddar, ən riyakar, ən şərəfsiz diktatoru olan Putindən bu gün Avropa niyə belə qorxur?  Və bu ölkənin nümayişkaranə beynəlxalq hüquqlara tüpürməsinə dözərək, Avropa bu  ayını cırmaqlamaqla məşğuldur. Sanksiyalar adıyla, əslində isə Rusiyaya heç bir zərər vurulmur. Və bütün ticarət əlaqələri də partapartla davam edir.  Əlbəttə, müəyyən hərbi-texniki yenilikləri nəzərə almasaq. Bütün Avropa dövlətləri gözəl bilir ki, Rusiyanın bütün hərbi mexanikası tamamilə yararsızdır. Hərbi təyyarələri, saualtı, suüstü atom qayıqları işə gələndə tamamilə sıradan çıxır. Bunu Suriyada və Liviyadakı əməlləri və texnikası bir daha sübut edir. Gör nə günə qalıblar ki, hətta ondan-bundan hərbi texnika alan Türkiyənin qabağında belə, əsir-yesir olublar.

Putun çox qəribə bir fenomendir. Bu adam daxili siyasətində – yəni xalqının gününü göy əskiyə bürüməkdə bircə dənə də olsun səhv buraxmır. Bu mənəviyyat bilməyən diktator öz xalqına zərrə qədər də olsa güzəştə getmir. Ona-buna, Afrika ölkələrinə, hətta uzaq Venesuelaya milyardlarla dollar bağışladığı halda, öz xalqının pensiya almaq yaşını 60-dan 65-ə qaldırır. Halbuki, Rusiya xalqının orta ömür həddi heç 65-ə çatmır. Bəs bu adma niyə belə edir. Onun bu amansızlığı bütün dünya miqyasında şəri dəstəkləməsi (Ermənistanı, Şimali Koreyanı, Bəşər Əsədi, Venesuela diktatorunu) bütün beynəlxalq aləmdə bu adamın kim olduğunu açıq-aşkar nümatiş etdirsə də, Avropanın Fransa, İspaniya, İtaliya, Almaniya və s. ölkələrinin prezidentləri  Putinin adı çəkiləndə ayağa qalxırlar. Niyə? Ona görə ki, ey cənab Azərbaycan siyasi təhlilçiləri, Avropada, xüsusilə də Amerikada artıq Tetçer, Kissincer, Bzejinski, Adenauer kimi zəka sütunları yoxdur. İyirmi ildir Almaniya kimi Kant, Şopenhauer və Hegellər ölkəsinə Bismarkalar deyil, görün kim rəhbərlik edir. Sovet dövrünün  “komsomolka”sı, sosializm ideyaları ilə tərbiyə olunan bir “toyuq nənə” kanslerlik edir. Və xalq da tamamilə ondan razıdır.

Hələ bir işə, hiyləgərliyin gücünə baxın ki, ABŞ kimi bir ölkədə prezidenti Amerika xalqı deyil, Putin təyin edir. Bütün dünya bildi və ABŞ-da da sübut olundu ki, məhz Putinin kompüter xakerlərinin qəhrəmanlığı nəticəsində qətiyyətli və ağıllı xanım Klinton deyil, biznesmen və inadkar, demək olar ki, hətta böyük cəsarət sahibi Tramp prezident seçildi. İndi bütün Avropa, bütün dünya, bütün Amerika ha gözləyir ki, bu adam tamamilə və açıq-aşkar anti-amerikan siyasətinə görə Putinə divan tutacaq. Amma heç kim də fikirləşmir ki, niyə Tramp Putinlə görüşəndə təkbətək danışırlar.  Niyə axı? Çünki Tramp Putini duz kimi yalayır. Axı adamı prezident edən bir şəxsi öpüb-bağrına basmamaq olarmı? Kütbeyin ABŞ  konqresmenləri, senatorları isə Trampın ha bu gün, ha sabah Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini gözləyirlər.

Deyirlər, Makron arvadı olan arvaddır. Mən Fransada olmamışam və bunun belə olduğunu deyə bilməmişəm. Amma bu cavan prezidentin Putini bu dərəcədə müdafiə etməsi və ondan qorxması bunun həqiqət olduğunu sübut edir.

Bəs axı adlarını çəkdiyim, arxalarında NATO kimi hərbi qüvvə olan böyük dövlətlər niyə Putindən bu qədər ehtiyat edib, qabağından dal-dalı çəkilirlər. Almaniya aşkar edib bütün dünyanı hali etdi ki, bəs, ən cəsur və qəhrəman Rusiya müxalifət nümayəndəsi Aleksey Navalnını Putin qadağan olunmuş kimyəvi silahla zəhərləyib.  Halbuki kimyəvi silahların qadağan olunması haqqında beynəlxalq konvensiya mövcuddur və kimyəvi silahdan istifadə etmək beynəlxalq miqyasda cinayət sayılır. Avropa isə hələ də Putindən bu barədə səmimi etiraf gözləyirlər ki, onun günahından keçsinlər. Yəni bu adam desin ki, bir işdir olub, artıq  etmərəm. Və Putin də o dərəcədə qudurub ki, heç bunu da demir. Hətta nəinki Navalnını zəhərlədiyini, üstəlik zəhərləmədiyini də demir. Yəni tamamilə Avropanı saya almır. Nəyə görə? Gəldik məsələnin canına. Ona görə ki, Putinin mindən çox atom bombası var. Avropa ölkələrində – İngiltərə, Fransa və digərlərində atom bombası var. Lakin onlar bu bombadan istifadə etməyə heç bir şəraitdə ürək etmirlər. Çünki özlərini, öz xalqlarının canını, öz ölkələrinin nailiyyətlərini və firavanlıqlarını canlarından çox istəyirlər. Putinin isə ölkəsinin hər hansı bir diyarının və hətta respublikasının əhalisi ilə bərabər külə dönməsi heç vecinə də deyil.  Xruşşov dövründə atom bombasının nə qədər əhalini məhv etməsini  bilmək üçün şimal bölgələrinin birində (Arxangelsk vilayəti) sınaqdan keçirilməsi yadınızdan çıxıbmı?

Beləliklə, dünya bu gün bu şəkildə dramatik və komik bir vəziyyətdədir.  Səbəkarı da bir nəfərdir:  ŞƏR DAHİSİ Vladimir PUTİN!  O dərəcədə hiyləgər bir qəddardır ki, hətta Vladimir Lenin və İosif Stalin belə, onun əlinə su tökməyə də layiq deyillər. Axı bu adamın adı da açıq-aşkar onun məqsədini göstərir. VLADİMİR! – Yəni dünyaya sahib ol! Və bu kişi də nəyin bahasına, nəyin hesabına olursa-olsun, buna can atır.

 

Əlisa  NİCAT