“Sərnişinlər koronavirus testi verəcəklər” – AZAL rəsmisi

0

Təyyarə ilə uçacaq sərnişinlər koronavirusa görə pulsuz test olunacaqlar.
Bunu “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, sərnişin onlayn şəkildə bilet aldıqdan sonra ona TƏBİB-in hansı laboratoriyasında, saat neçədə analiz verəcəyi ilə bağlı məlumat daxil olacaq.

“Test pulsuz aparılacaq və alınan cavablar həm sərnişinə, həm də hava limanlarına veriləcək. Artıq sərnişin barədə məlumat olacaq. Testin cavabı 48 saat ərzində qüvvədə olacaq. Bilet satışı isə 72 saat qalmış bağlanacaq”./azvision.az /