“Şərq Tərəfdaşlığı”nın zirvə görüşü videokonfrans şəklində keçiriləcək

0

Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Josep Borrel bu gün “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinə məktub göndərib.

Məktubda Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə uzunmüddətli əməkdaşlıq planlarından söhbət açılır.

Belə ki, 2020-ci ildən sonrakı siyasətdə iqtisadiyyat və rabitə, təsisatların hesabat vermələri, qanunun aliliyi və təhlükəsizlik, “yaşıl” və rəqəmli islahatlar, ədalətli inklüziv toplum kimi beş uzunmüddətli hədəfin qarşıya qoyulduğu qeyd edilərək həmçinin COVID-19 pandemiyasına qarşı mübarizə üçün səhiyyə əməkdaşlığını artırmaq təklifinin də vaxtında verildiyi qeyd edilir.

Bununla yanaşı, hazırkı koronavirus pandemiyası ilə əlaqədar “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində iyun ayının 11-də xarici işlər nazirləri, 18-də isə ölkə başçıları səvyyəsindəki görüşlərin videokonfrans şəklində keçiriləcəyi bildirilir./report/