Səudiyyə Ərəbistanına tarixi şok! – 50 MİLYARD DOLLAR…

1 İyun, 2020, 18:46
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, yeni tipli koronavirus pandemiyanın yayılmasından və neft qiymətlərində görünməmiş ucuzlaşmadan sonra Səudiyyə Ərəbistanı böyük şoklarla qarşılaşmaqdadır.

Səudiyyə Ərəbistanının valyuta ehtiyatı aprel ayında 24,8 milyard dollar azalıb və son iki ay ərzində ümumilikdə azalma 50 milyard dollara bərabər olub.

Səudiyyə Ərəbistanının Mərkəzi Bankının (SAMA) statistik hesabatındakı məlumata görə, dollar ehtiyatı mart ayında 473,4 milyard dollardan aprel ayında 448,6 milyard dollara düşüb.

SAMA-nın məlumatında mart ayında azalmanın 24 milyard dollar bərabər olduğu bildirilir.

Beləliklə, iki ayda ümumi itki 50 milyard dollar yaxın olub.

Digər tərəfdən isə Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyinin açıqlamasında investisiyaların maliyyələşdirilməsi üçün Krallığın İctimai İnvestisiya Fonduna 40 milyard dollar köçürüldüyü, bunun müstəsna hal olduğu bildirilmişdi.

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının iqtisadiyyatı yeni tipli koronavirusla mübarizə və xam neft qiymətlərinin tarixi ucuzlaşması səbəbindən böyük zərərlə qarşılaşıb.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93