Salam, xoş gəlmisiniz.

S-400-lərin vura bilməyəcəyi ABŞ təyyarəsi yoxdur – hətta görünməz təyyarələr də yayına bilməz

2017-12-29 18:44:44

S-400-lərin vura bilməyəcəyi ABŞ təyyarəsi yoxdur – hətta görünməz təyyarələr də yayına bilməz

Qısa, orta və uzun mənzilli raketlərdən eyni anda istifadə edə bilən S-400, 600 km uzaqlıqdakı hədəfi qeydə almaq xüsusiyyətinə malikdir və saniyədə 4,8 km sürətlə raket göndərir. Sistem, hədəfə 10 saniyədən daha qısa müddət ərzində reaksiya verir.

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Rusiyadan satın aldığı S-400 hava hücumundan müdafiə sistemləri “yüksək təsirli qoruma qabiliyyəti” ilə diqqəti cəlb edir.

SSRi dövründə S-300 raketlərinin istehsalından sonra inkişaf etdirilən S-400 sistemi 2017-ci ildən bəri Rusiyanın cəbbəxanalarında yerini alıb.

S-400 mühüm siyasi, iqtisadi v hərbi hədəfləri “yüksək səviyyədə qorumaq” üçün hazırlanan bir sistem kimi təqdim edilir.

S-400-ün irəliləmə trayektoriyası:

Hava hücumu vasitələrini məhv edir

Dünyadakı ən yaxşı hava hücumundan müdafiə sistemlərindən biri kimi qiymətləndirilən sistem, hərbi təyyarələr, radar axtaran və nəzarət təyyarələri, kəşfiyyat təyyarələri, strateji və taktiki təyyarələr, taktik, əməliyyat-taktik ballistik raketlər, orta mənzilli balllistik raketlər, hipersəs hədəfləri və digən ən müasir hava hücumu vasitələrini məhv eləmək məqsədilə hazırlanıb.

8 atıcı və 32 raketə malikdir

S-400 dəsti ən azı bir mobil əməliyyat komanda mərkəzi, 8 atıcı və 32 raketdən ibarətdir.

10 saniyədən daha qısa müddət ərzində reaksiya

Qısa, orta və uzun mənzilli raketlərdən eyni anda istifadə edə bilən S-400, 600 km uzaqlıqdakı hədəfi qeydə almaq xüsusiyyətinə malikdir və saniyədə 4,8 km sürətlə raket göndərir. Sistem, hədəfə 10 saniyədən daha qısa müddət ərzində reaksiya verir.

Raket hədəfləri

S-400 çox uzun mənzilli 40N6 raketi ilə 400 km, uzun mənzilli 48N6 raketi ilə 250 km, orta mənzilli 9M96E2 raketi ilə 120 km və qısa mənzilli 9M96E raketi ilə də 40 kilometrdəki hədəfləri vura bilir.

Görünməz təyyarənin kabusu

Sistemin hədəfləri arasında B-2 və F-117 görünməz təyyarələri, B-1, F-111 və B-52H strateji bombardman təyarələri, EF-111A və EA-6 elektron hərbi təyyarələri, TR-1 kəşfiyyat təyyarəsi, E-3A və E-2C erkən xəbərdarlıq radar (AWACS) təyyarələri, F-15, F-16, F-35 və F-22 hərbi təyyarələri, Tomahawk raketləri və ballistik raketlər vardır.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93