Salam, xoş gəlmisiniz.

“S-400” istehsal edən zavod sahibi HƏBS OLUNDU

2019-07-20 15:08:03

“S-400” istehsal edən zavod sahibi HƏBS OLUNDU

Rusiyanın Nijnıy Novqorod şəhərində “VIP-Stroyinjinirinq” şirkətinin rəhbəri Sergey Deqtyarev həbs olunub.

Hurriyyet.org-un qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, o, “Nijeqorodskiy zavod- Qələbənin 70 illiyi” zavodunun tikintisi zamanı geniş miqyaslı fırıldaqçılıq əməli törətməkdə ittiham edilir. Burada “S-400” və “S-500” hava hücumundan müdafiə sistemlərinin elementləri istehsal edilir.

S. Deqtyarev 8 sentyabra qədər penitensiar müəssisəsində saxlanılacaq.

Qeyd olunur ki, VIP-Stroyinjinirinq” 2013-cü ilin oktyabrında “Nijeqorodskiy zavod- Qələbənin 70 illiyi” zavodunun tikintisi ilə bağlı tenderdə qalib olub. Müqavilənin dəyəri 2 milyard rubldan çox olub.

Nəşr yazır ki, müqavilə şərtlərinə əməl edilməyib. Belə ki, zavod 2016-cı ildə “S-400” zenir-raket sistemləri, “Nebo-M” və “Niobiy” radar komplekslərini istehsal edib.

Bundan öncə Deqtyarev 2015-ci ildə Şərqi Kosmodromun tikintisi zamanı 1,3 milyard rubl dəyərində vəsaiti mənimsədiyinə görə 8 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra, məhkəmə sahibkarın hərəkətlərini biznesdə saxtakarlıq kimi qiymətləndirib və həbs cəzasını yarıya endirib. O, 2019-cu ilin aprelində azadlığa çıxıb.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru