Saatlıda təhlükəli vəziyyət: rayonda karantin qaydalarına əməl olunmur

30 Mart, 2020, 9:43
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Dünyanı cənginə alan koronavirus epidemiyası ilə əlaqədar paytaxtda və rayonlarda tibbi maska qıtlığı yaşanır. Sosial şəbəkələrdə və ayrı-ayrı KİV-lərdə ən çox müzakirə edilən mövzulardan biri də apteklərdə maskanın baha satılması və ya ümumiyyətlə tapılmamasıdır.

Saatlı rayonunun mərkəzində və kəndlərində tibbi spirt və tibbi maska qıtlığının yaranması sakinlərin haqlı etirazına səbəb olub.

Redaksiyamıza müraciət ünvanlayan sakinlər Saatlı rayonunda koronavirusdan qorunmaq üçün zəruri ləvazimatların – maska və spirtin olmamasından narazılıq edirlər.

Qeyd olunur ki, rayon ərazisində, kəndlərdə tibbi maska satılmır. Aptek işçiləri tibbi maska üçün müraciət edənlərə "yoxdur",- cavabı verərək vətəndaşları geri qaytarırlar. Depolarda ancaq litirlik (böyük ölçülü) spirtlərin olduğu vurğulanır.

Bununla bağlı rayon sakinləri icra nümayəndəliyinə və digər cavabdeh şəxslərə müaricət etsələr də, müaricətləri cavabsız qalıb.

Aldığımız digər məlumatda isə iddia olunur ki, rayon ərazisində ümumiyyətlə dezinfeksiya işləri aparılmır.

Sakinlər, rayon rəhbərliyindən, rayondan Milli Məclisə seçilmiş şəxslərdən və aidiyyatı orqanlardan tələb edirlər ki, ümumrespublika səviyyəsində aparılan karantin qaydalarına ciddi əməl olunmasına köməklik göstərsinlər. /reyting.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93