Sabah bu şəhərlərdə dövlət qurumları saat 14:00-dək işləyəcək

6

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün iş saatı qısaldılıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

İyunun 5-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.