Sabah virtual “Son zəng” keçiriləcək

0

Sabah orta məktəbləri bitirən XI sinif şagirdləri üçün virtual “Son zəng” keçiriləcək.

Bu barədə Təhsil nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Qeyd edək ki, 2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 119 852, XI siniflərini 80 646 şagird bitirəcək.