Sabah Dağlıq Qarabağda seçkilərin keçirilməsi gözlənilir – ŞƏRH

30 Mart, 2020, 20:36
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Ermənistanın hüquqi baxımdan buna ixtiyarı yoxdur.

Hurriyyet.org bildirir ki, bu barədə hərbi jurnalist Teymur Zahidoğlu deyib: "Hesab edirəm ki, bu seçkilərin baş tutmaması , nəticələrinin tanınmaması üçün Azərbaycan mediası beynəlxalq qurumlar tərəfindən qəbul olunmuş hüquqi aktlara istinadən xəbərlər dərc etməli, dünyaya xitab etməlidir. Ümumiyyətlə, bu seçkilərin keçirilməsi absurddur.

Ən azından Ermənistan özü Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayıb. Əgər, Ermənistanın hüquqi baxımdan buna ixtiyarı yoxdursa, eləcə də, beynəlxalq qurumlar və xarici dövlətlər üçün də belədir. Bir sözlə, dünya bu seçkiləri, seçkilərin nəticələrini tanımır və tanımayacaq da. Dağlıq Qarabağda bu saxta seçkilərin keçirilməsindən Azərbaycan mətbuatı istifadə edib , ərazilərin işğaldan daha tez azad olunmasına dəstək ola bilər."

Qeyd edək ki, 2020-ci il martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbərliyinə (prezident və parlament) işğalçı rejim tərəfindən növbəti qeyri-qanuni seçkilərin keçirilməsi planlaşdırılır. \\BAXAR.AZ


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93