Sabiq MTN nazirinin həmkəndlisi Lider TV-yə müvəqqəti rəhbər təyin olundu – DOSYE

0

Xəbər verdiyimiz kimi, iyunun 16-da Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (“Teleradio” İB)  iddia ərizəsinə əsasən “Lider TV və Radio-Azərbaycan” MMC-ni müflis elan edib.
Hurriyyet.org
yeniavaz.com-a istinadən xəbər verir ki, məhkəmə “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasovu “Lider TV və Radio-Azərbaycan” MMC-yə əmlak inzibatçısı təyin edib.
Məlumat üçün bildirək ki, “Lider TV və Radio-Azərbaycan” MMC-yə inzibatçı təyin olunan Abbasov Mikayıl Hümmət oğlu 1970-ci ilin iyunun 13-də keçmiş Ermənistan SSR-in Krasnoselo rayonunun Cil kəndində anadan olub.
Mikayıl Abbasov 1987-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisasına qəbul olub.
1993-cü ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Fakültə elmi şuranın qərarı ilə həmin kafedrada tədqiqatçı-mühəndis kimi işə başlayıb. 1994-cü ilin mart ayından “Teleradio” İB-də “Peyk rabitəsi” sexində böyük mexanik vəzifəsində işə başlayıb. 1995-ci ildən “Peyk rabitəsi” sexinin rəisi vəzifəsində calışıb. 1998-ci ildən Peyk və radioteleviziya yayımı müəssisəsinin Baş mühəndisi vəzifəsində calışıb. 1999-ci ildən Texniki şöbənin rəisi vəzifəsində calışıb. 2004-cü-cü ilin may ayının 3-dən “Teleradio” İB-in Baş mühəndisi vəzifəsinə təyin olunub və hal-hazırda bu vəzifədə çalışır.
12.04.2006-cı ildə Teleradio İB-nin Texniki direktoru vəzifəsinə təyin olunub. 1995-1999-cu illərdə Azərbaycan Texniki Universitetinin aspiranturasında təhsil alıb. 2000-ci ildə “Texnika elmləri namizədi” alimlik dərəcəsi almışdır.
Onu da bildirək ki, Mikayıl Abbasov sabiq Maliyyə naziri (1999-2006) Əvəz Ələkbərov və sabiq Milli Təhlükəsizlik naziri (1993-94) Nəriman İmranovun həmkəndlisidir.