Sabiq nazir müavini və xidmət rəisi məhkəmə ÖNÜNDƏ

5

Mədəniyyət nazirinin bu gün vəzifədən azad edilən və DTX tərəfindən saxlanılanlar müavini Rafiq Abbasov və nazirliyin İdarə rəisi Zakir Sultanov məhkəməyə aparılıb.

DTX-nın istintaq orqanının onlar barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılır.

Onlarla bağlı qərarı Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev verəcək.

Bildirək ki, Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla Rafiq Abbasov və Zakir Sultanov vəzifələrindən azad edilib. \\Qafqazinfo